2026 say 1 Sosi̇al şəbəkələrdə anoni̇mli̇k: müsbət və mənfi̇ aspektləri̇nə Baxiş

DOI :  https://doi.org/10.30546/670832.2026.013.1001

Xülasə :  Məqalədə sosial şəbəkələrdə anonimlik anlayışı geniş şəkildə təhlil olunur və bu anlayışın cəmiyyətə təsiri həm müsbət, həm də mənfi aspektlərdən qiymətləndirilir. Müasir dövrdə sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmiş, bu platformalarda anonimlik isə istifadəçilərə şəxsi kimliklərini gizlədərək sərbəst fikir bildirmək imkanı yaratmışdır. Anonimlik bir tərəfdən fikir və ifadə azadlığının təmin olunmasına şərait yaratsa da, digər tərəfdən kibercinayətkarlıq, nifrət nitqi və dezinformasiyanın yayılması kimi ciddi təhlükələri də özündə ehtiva edir.

Məqalədə anonimliyin müsbət tərəfləri sırasında sosial təzyiqlərdən qorunmaq, azad müzakirə mühiti yaratmaq və fərdi məxfiliyin qorunması kimi məsələlər qeyd olunur. Bununla yanaşı, anonimliyin məsuliyyətsiz davranışları təşviq etməsi, yalan məlumatların yayılması və cəmiyyət daxilində etimadın zəifləməsi kimi mənfi nəticələri də vurğulanır.

 Azərbaycan Respublikasının Konstitusiyası və müvafiq qanunvericilik aktları əsasında aparılan hüquqi təhlil göstərir ki, anonimlik məsələsinə kompleks və balanslaşdırılmış yanaşma zəruridir. Məqalə nəticə olaraq qeyd edir ki, həm azadlıqların qorunması, həm də ictimai təhlükəsizliyin təmin olunması məqsədilə anonimliyin hüquqi tənzimlənməsi vacibdir.

Açar sözlər: sosial şəbəkələr, anonimlik, ifadə azadlığı, kibercinayətkarlıq, dezinformasiya, məxfilik, hüquqi tənzimləmə, təhlükəsizlik, rəqəmsal etik davranış, internet etikası.