2026 say 1 360° davamli firlanan servo üçün dörd i̇şiq sensorlu i̇zləmə Si̇stemi̇ni̇n modelləşdi̇ri̇lməsi̇ və i̇darəetməni̇n sabi̇tli̇yi̇ni̇n Təmi̇n edi̇lməsi̇

DOI :  https://doi.org/10.30546/670832.2026.013.1016

Xülasə. Avtomatik izləmə sistemləri müasir robototexnika, günəş enerjisi qurğuları, ağıllımüşahidə sistemləri və sənaye avtomatlaşdırılması sahələrində geniş tətbiq olunur. Bu sistemlərin əsas məqsədi xarici mühitdən daxil olan informasiyaya əsasən obyektin və ya qurğunun istiqamətini optimal şəkildə tənzimləməkdən ibarətdir. Məqalədə dörd işıq sensoru (LDR) əsasında işləyən və 360° davamlı fırlanma imkanına malik servo mühərriklə idarə olunan işıq izləmə sisteminin riyazi modeli təqdim edilmişdir. Sistem daxilində işıq intensivliyi fərqindən istifadə edilərək səhv siqnalı formalaşdırılır və servo mühərrikin idarə olunması təmin edilir.

Tədqiqat çərçivəsində sistemin giriş-çıxış əlaqələri analiz edilmiş, diferensial tənliklər vasitəsilə riyazi model qurulmuş və qapalı dövrəli idarəetmə strukturu yaradılmışdır. Servo sistemin stabilliyinin qiymətləndirilməsi üçün xarakteristik tənlik, qütblərin yerləşməsi və Routh-Hurwitz meyarı tətbiq edilmişdir. Aparılmış təhlillər göstərmişdir ki, düzgün seçilmiş idarəetmə parametrləri zamanı sistem yüksək dayanıqlılıq, aşağı keçid müddəti və minimal stasionar xəta nümayiş etdirir.

Əldə edilən nəticələr göstərir ki, təklif olunan yanaşma aşağı qiymətli komponentlərdən istifadə etməklə yüksək dəqiqlikli izləmə sistemlərinin yaradılmasına imkan verir və günəş panellərinin avtomatik istiqamətləndirilməsi kimi tətbiqlərdə effektiv həll hesab oluna bilər.

Açar sözlər: işığa həssas rezistor sensoru, davamlı fırlanan servo, Arduino uno, Fotoqalvanik(PV), riyazi modelləşdirmə, avtomatik tənzimləmə.