2025 say 2 Texnoloji̇ prosesləri̇n avtomatlaşdirilmiş İdarəetmə si̇stemləri̇ni̇n təhli̇li̇

DOİ :   https://doi.org/10.30546/678209.2025.02.013

Xülasə. Müəssisələrin avtomatlaşdırılmış idarəetmə sistemlərinin tərkibinə daxil olan texnoloji proseslərin idarəetmə sistemləri istehsalın səmərəsini yükslətməkdə həlledici rol oynayır. Çünki bu sistemlərin işi bilavasitə texnoloji proseslərin rejimlərini optimallaşdırmağa, avadanlıqlardan səmərəli istifadə etməyə və məhsuldarlıği artırmaga, məhsulun keyfiyyətini yüksltməyə imkan verir. Bunun üçün texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri və onların müxtəlif tərtibli strukturlarının təhlil edilməsi vacib və aktual məsələdir. Həmin məqalədə,texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri və onların səmərəli tərtibli strukturları təhlil edilmiş, bu işdə məhsuldarlığinın dahada artırılması, məhsulun maya dəyərinin azaldılması üçün idendifikasiya və imitasiya üsullarının tətbiqinin üstünlüyü əsaslandırılmışdır.

Açar sözlər. Proses, idarəetmə, system, avtomattlaşdırma, identifikasiya, sxem, struktur.