DOİ : https://doi.org/10.30546/678209.2025.02.063
Xülasə. Məqalədə radiorabitə sistemlərində dalğaötürən - yarıq antena qəfəslərində istiqamətlənmə diaqramının idarə olunması məsələlərinə baxılmışdır. Xətti dalğaötürən - yarıq antena qəfəslərinin konstruktiv ölçüləri və növləri nəzərə alınmaqla istiqamətlənmə diaqramının tezliklə idarə olunmasının xüsusiyyətləri araşdırılmış, antena qəfəslərində istiqamətlənmə diaramının faza ilə idarə olunma prinsipləri göstərilmişdir.
Açar sözlər: antena qurğuları, dalğaötürən - yarıq antena qəfəsi, elektromaqnit dalğalar, ifrat yüksək tezlik diapazonu, istiqamətlənmə diaqramı, elektirik idarə olunan antena qəfəsləri, tezliklə idarə olunan antena qəfəsləri.