DOI : https://doi.org/10.30546/670832.2026.013.1036
Xülasə: Bu məqalədə süni intellekt texnologiyalarının data analitika sistemlərinə inteqrasiyası fonunda model etibarlılığı problemi araşdırılmışdır. Tədqiqat çərçivəsində süni intellekt əsaslı analitik modellərin qərar qəbuletmə proseslərinə təsiri, onların etibarlılığını zəiflədən metodoloji risklər və bu risklərin analitik nəticələrə yaratdığı təsirlər təhlil edilmişdir. Data keyfiyyəti, modelin ümumiləşdirmə qabiliyyəti və süni şəkildə yüksək performans göstərən modellərin yaratdığı risklər araşdırılmışdır.
Məqalədə analitik qiymətləndirmə aparılan zaman model etibarlılığı problemi araşdırılan zaman süni intellekt dəstəkli data analitika sistemlərinin real mühitdə tətbiqində qarşıya çıxan problemlər həlli üçün metodologiya işlənmişdir.
Açar sözlər: süni intellekt, data analitikası, model, performans, model etibarlılığı, informasiya sistemləri.