2026 say 1 Çəki̇li̇ ekspert rəyi̇ əsasinda qayda əsasli ekspert si̇stemi̇ Modeli̇

DOI :  https://doi.org/10.30546/670832.2026.013.1053

Xülasə:  Məqalədə qərar qəbuluna dəstək məqsədilə çəkili ekspert rəyi əsasında qayda əsaslı ekspert sistemi modeli təqdim olunur. Tədqiqatın əsas ideyası insan ekspertlərinin biliklərini formal “əgər-onda” qaydaları şəklində strukturlaşdırmaq və tövsiyə seçimi zamanı yalnız qaydanın aktivləşməsini deyil, həmin tövsiyəni dəstəkləyən ekspert rəyinin keyfiyyətini də nəzərə almaqdır. Modeldə ekspertlərin ixtisas uyğunluğu, təcrübəsi, əvvəlki qərarlarının etibarlılığı, elmi əsaslandırma səviyyəsi və biliklərinin aktuallığı ayrıca qiymətləndirilir. Bu göstəricilər əsasında hər ekspert üçün çəki əmsalı müəyyən edilir. Daha sonra konkret tövsiyə üzrə qayda uyğunluğu balı, çəkili ekspert dəstəyi balı və yekun tövsiyə balı hesablanır. Üzümçülük sahəsi modelin tətbiq imkanını göstərmək üçün nümunə kimi seçilmişdir. Azərbaycan şəraitində bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar torpaq-iqlim şəraiti, sort seçimi, suvarma, xəstəlik riski və aqrotexniki tədbirlərlə bağlı çoxamilli qərarlarla qarşılaşırlar. Bu baxımdan izah oluna bilən, sadə və ekspert biliyinə əsaslanan qərar dəstəyi yanaşması praktik əhəmiyyət daşıyır. Məqalədə təklif olunan yanaşma konseptual-metodoloji və riyazi əsaslandırılmış model kimi təqdim edilir. Modelin elmi əhəmiyyəti ekspert rəyinin yalnız bilik mənbəyi kimi deyil, tövsiyənin yekun seçiminə təsir edən çəkili qərar parametri kimi nəzərə alınmasıdır.

Açar sözlər: ekspert sistemi, qayda bazası, qərar dəstəyi, ekspert rəyi, çəkiləndirmə, qayda uyğunluğu, tövsiyə balı.