2026 say 1 Di̇abeti̇k yaralarin multi̇modal süni̇ i̇ntellekt yanaşmasi i̇lə İntellektual qi̇ymətləndi̇ri̇lməsi̇ və proqnozlaşdirilmasinin

DOI :  https://doi.org/10.30546/670832.2026.013.1075

Xülasə:  Şəkərli diabet davamlı hiperqlikemiya ilə xarakterizə olunan patoloji vəziyyətdir. Xroniki hiperqlikemiya bütün diabetik fəsadların əsas səbəbidir. Ənənəvi qiymətləndirmə prosesləri əsasən klinisist tərəfindən yaranın vizual müayinəsinə əsaslanır ki, bu da qiymətləndirmədə subyektivliyə və nəticələrdə dəyişkənliyə səbəb olur. Bu tədqiqatda RGB və termal görüntülər, oksimetriya biosiqnalları və klinik parametrlərin birləşdirildiyi multimodal süni intellekt yanaşması müzakirə edilir ki, bu da yaranın vəziyyətini və sağalma potensialını obyektiv şəkildə ölçməyə imkan verir. Görüntülərin işlənməsi üçün ResNet-50 arxitekturası, zamandan asılı təhlil üçün BiLSTM şəbəkəsi, multimodal məlumat birləşməsi üçün isə diqqət mexanizmləri tətbiq edilmişdir. Verilənlər bazası Kaggle platformasında yerləşdirilmiş diabetik yara datasetlərindən əldə edilmiş olub, RGB görüntülər, Wagner qradlamasına görə annotasiya edilmiş görüntülər və ayağın termal görüntülərini əhatə edir.