Jurnal haqqında

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Texnologiya Universiteti bu gün respublikamızda iqtisadiyyatın mühüm sahələri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlığı işində önəmli rol oynayır. Bu gün universitetdə müasir maddi-texniki baza yaradılmış, səmərəli pedaqoji və elmi işlər aparan professor-müəllim heyəti formalaşmışdır. Universitetdə fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları tədris prosesinin və elmi-tədqiqat işlərinin səmərərliliyinin artırılmasında önəmli rol oynayır.

Bu gün dünyada insanların böyük əksəriyyəti müxtəlif məqsədlər üçün kompüterdən geniş istifadə edirlər. Xüsusən gənc nəsil üçün kompüterdən istifadə onun gündəlik fəaliyyətinin adi həyat tərzinə çevrilib.

Müasir dövrdə İKT-nin inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.

Azərbaycan Respublikasında da informasion cəmiyyətin qurulması və kompüterləşmə sahəsində ciddi, uğurlu addımlar atılmışdır. Bu sahədə həyata keçirilən dövlət siyasətinin ümdə vəzifələrdən biri İKT-nin cəmiyyətin müxtəlif sahələrində, xüsusilə də təhsil sistemində geniş tətbiq edilməsi məsələsidir.

İKT-nin tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Məhz bu səbəbdən son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub. Bunun üçün son illər dövlət tərəfindən İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər həyata keçirilməkdədir. Bu müstəvidə icra olunan fəaliyyətlər aparılan islahatların çox vacib mərhələlərindən biri hesab edilən İKT infrastrukturunun qurulmasına yönəlib.

Prezident İlham Əliyev tərəfindən də ölkəmizdə informasiya cəmiyyətinin artıq praktiki müstəvidə, bir konkret fəaliyyət planı çərçivəsində icra olunması üçün müəyyən tədbirlər həyata keçirilir. İKT infrastrukturunun inkişaf etdirilməsi və İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının bu sistemin inkişafında prioritet istiqamətlərdən biridir.

Hazırda Respublikamızda bütün sahələrdə, xüsusilə də təhsil sistemində mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə, təbii ki, orta məktəbdən başladığı üçün bu sahədə həyata keçirilən siyasətin mühüm xüsusiyyətlərindən biridir. Müasir dünyamızda sürətlə inkişaf edən informasiya texnologiyaları və sistemləri ev, iş, əyləncə və istirahət məkanlarına sürətlə nüfuz edərək həyatımızın ayrılmaz parçası halına gəlmişdir.

Məhz bu baxımdan Azərbaycan Texnologiya Universitetində “Avtomatika, rabitə və informasiya texnologiyaları” jurnalı təsis edilmişdir. Jurnalın missiyası İKT sahəsində çalışan alim və ekspertlərin ən aktual məsələlərə dair fikirlərini dərc edərək, əldə edilmiş nəticələri ölkə və beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.

ƏLAQƏYƏ KEÇ

BİZİ İZLƏ